“Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ciddi nəticələrə səbəb olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.
“Heç bir ölkə nüvə silahının tətbiqi haqda danışmır, heç kim də nə Rusiyanı, nə də Prezident Putini təhdid edir”, - nazir bildirib.
Nüvə silahından hər hansı formada istifadənin müharibənin mahiyyətini dəyişəcəyini vurğulayan Kleverli bunun Rusiya üçün ciddi nəticələrinin olacağını söyləyib.
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynada nüvə silahından istifadə barədə danışmadığını, amma Kiyevin “çirkli bomba” ata biləcəyini iddia edir.