Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı və ukraynalı həmkarı Vladimir Putin və Vladimir Zelenski ilə taxıl müqaviləsi ilə bağlı telefon danışığı aparmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
“Prezidentimiz yaxın günlərdə Putin və Zelenski ilə danışıqlar aparmaq niyyətindədir. O, bu məsələ ilə birbaşa məşğuldur. Müqavilənin yenilənəcəyinə inanırıq, bu, hamı üçün faydalı olacaq”, - Çavuşoğlu bildirib.
Nazirin nazirin sözlərinə görə, taxıl müqaviləsi məsələsi bütün bəşəriyyətə aiddir və bu, müharibədən ayrılmalıdır.
Çavuşoğlu həmçinin Rusiyadan dünya bazarlarına kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükü qarşısındakı maneənin aradan qaldırılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Ankara bu istiqamətdə işləyir.