İtaliyanın baş naziri Matteo Renzi türkiyəli həmkarı Əhməd Davudoğlunun dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki gün davam edəcək görüş zamanı Renzi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Davudoğlu ilə görüşəcək.
Görüşlər zamanı ikitərəfli münasibətlərin, regional və beynəlxalq məsələlərin müzakirə olunması nəzərdə tutulur.
Samir