ABŞ İranın Rusiyaya mümkün raket daşımalarının qarşısını almaq üçün müqavimət göstərə bilər, niyyətimiz də budur. Bütün növ alətlərdən istifadə edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
O, ABŞ-ın İranın Yaxın Şərqdəki zərərli fəaliyyətlərinə qarşı da müxtəlif vasitələrdən istifadə etdiyini bildirib:
“İranın təhdid şəbəkəsinə qarşı sanksiyalar tətbiq etdik. İranın Yəməndə dəstəklədiyi qruplaşmalara silah göndərməsinə müdaxilədən tutmuş, ABŞ ordusunun imkanlarından da istifadə etdik. Burada danışa biləcəyim və danışa bilməyəcəyim bir çoxlu vasitələrdən və imkanlardan istifadə etmişik. İndiki niyyətimiz İranın Rusiyaya raket göndərməsinin qarşısını almaqdır və buna qarşı çıxmaq üçün bütün vasitələrdən istifadə edəcəyik”.
ABŞ-ın İranın raket daşımalarının qarşısını almaq üçün hərbi müdaxiləyə əl atıb-atmayacağı sualına cavab olaraq Prays bu məsələyə girməyəcəyini vurğulayıb:
“Bu təhlükəni effektiv şəkildə aradan qaldırmaq üçün yaxın tərəfdaşlarımızla koordinasiyalı şəkildə bütün variantlarımızı nəzərdən keçirəcəyik”.
Pentaqonun sözçüsü Patrik Rayder də İranın Rusiyaya ballistik raketlər vermə ehtimalının narahatlıq doğurduğunu bildirib:
“Bu, bizim izləyəcəyimiz bir məsələdir”.