Rusiya son sutka ərzində Ukrayna ərazisinə 47 hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.
“Son 24 saat ərzində düşmən 7 raket və 47 hava zərbəsi endirib, raket salvo sistemlərindən 90-dan çox hücum həyata keçirib. Düşmən 25-dən çox yaşayış məntəqəsinin ərazilərini vurub. Onların arasında Kramatorsk, Nikolayev, Poltava, Mikilske, Zaporojjya və Donetsk vilayəti var”, - bildirilib.
Baş Qərargah həmçinin vurğulayıb ki, yeni zərbələr və hücum PUA-larından, xüsusən də Belarus Respublikası ərazisindən istifadə təhlükəsi hələ də mövcuddur.
Bu arada Volın və Poliske istiqamətlərində vəziyyət dəyişməz olaraq qalır. Belarus Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir.
Rus ordusu Siverski istiqamətində minaatanlardan və lüləli artilleriyadan, Çerniqov vilayətinin Qay və Senkivka və Mefedivka, Vovkivka, Zarutske, Myropillya, Hirka, Yunakivka, Zapsillia və Oleksandrivka yaşayış məntəqələri ərazilərini atəşə tutublar.
Kupyansk və Limansk istiqamətlərində döyüşlər davam edir.
Bu arada işğalçılar Baxmut istiqamətində müxtəlif tipli tanklar və artilleriya qurğuları ilə hücuma keçib.
Cənubi Bux istiqamətində təmas xətti boyunca 18-dən çox yaşayış məntəqəsi yanğına məruz qalıb. Dnepropetrovsk vilayətinin Nikopol şəhəri və İllinka kəndi düşmənin reaktiv sistemlərindən atəşə tutulub.
Ukrayna ordusu cəbhənin bütün istiqamətlərində aktiv döyüş tapşırığı həyata keçirir.