2 Noyabr 2022 13:51
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda etirazlara başlayan siyasi partiyalar Moldovada aranı qarışdırmaq üçün Rusiya xüsusi xidmət orqanları ilə işləyirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiyanın Moldovanın siyasi həyatına müdaxilə cəhdləri yeni deyil və rusiyayönlü siyasi qüvvələrin son etirazlarının arxasında da bu ölkənin xüsusi xidmət orqanları dayanır.

“Əlimizdə sübutlar var ki, Moldovada külli miqdarda pul oğurlayan korrupsioner dəstələrin koalisiyası və Rusiya xüsusi xidmət orqanları ilə işləyən rusiyayönlü partiyaların hamısının ümumi məqsədi var: Moldovada sabitliyi pozmaq. Vətəndaşların üzləşdikləri çətinliklərdən öz xeyirlərinə istifadə edirlər. Biz demokratiyanı müdafiə etməkdə qərarlıyıq”, - Sandu bildirib.

Son həftələrdə Moldovada bir sıra müxalifət partiyaları tərəfindən hökumət əleyhinə mitinqlər keçirilir. Etirazçılar hökumətin istefasını tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər