2 Noyabr 2022 14:36
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib".

Teleqraf.com "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bununla bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxladığını və razılığa gəlindiyini deyib.

Türkiyə lideri həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə “taxıl sazişi”ni müzakirə etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov vurğulayıb: "Taxıl sazişi”nin icrası davam edir, noyabrın 3-də Ukrayna limanlarını ərzaqla daşıyan 8 gəmi tərk edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər