Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək yeni TOGG avtomobili üçün sifariş verib.
Teleqraf.com "CNN Türk"-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Heyətinin toplantısı keçirilib.
İclasda TOGG avtomobil fabrikinin açılması məsələsi yenidən müzakirəyə çıxarılıb.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin TOGG sifarişi də müzakirə olunub.