Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə “Taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Putin bu gün keçirdiyi müşavirədə bildirib.
“Lakin Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək", - Putin qeyd edib.
Putin Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını söyləyib.