“Şimali Koreya Rusiyanı gizli şəkildə artilleriya mərmiləri ilə təmin edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Doğrudur, sentyabrda Şimali Koreya Rusiyaya sursat tədarükünü açıq şəkildə təkzib edib. Amma əldə etdiyimiz məlumatlar göstərir ki, bu ölkə Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün gizli şəkildə xeyli miqdarda artilleriya mərmisi verir. Pxenyan elə görüntü yaradır ki, guya silah-sursatı Yaxın Şərq və ya Şimali Afrika ölkələrinə tədarük edir”, - o qeyd edib.