3 Noyabr 2022 10:30
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın Ukrayna taxılının dünyaya ixracını asanlaşdıran sazişə qayıtmasından məmnunluğunu ifadə edib.

Teleqraf.com xəbər verir ki, bu müqavilə sayəsində indiyədək Ukraynadan 10 milyon ton taxıl ixrac edildiyini xatırladan sözçü bu anlaşmanı dünya üçün “vazkeçilməz” adlandırıb.

Prays taxıl daşımalarının bərpasında Türkiyənin roluna diqqət çəkib:

“Türk müttəfiqlərimizin səylərini yüksək qiymətləndiririk. Əslində Türkiyəyə və BMT baş katibinə minnətdar olduğumuzu söyləmişəm. Sazişi baş katib Quterreş hazırladı, amma bu ilk növbədə Türkiyənin dəstəyi, daha sonra Ukrayna və nəhayət Rusiyanın razılığı ilə razılaşdırıldı. Baş katibə və Türkiyəyə bu razılaşmanı yenidən bərpa etdikləri üçün minnətdarıq”.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışaraq, yenidən taxıl sazişinə qayıtmasını təmin etdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu