Ruslar Xerson vilayətindəki xəstəxanalardan təcili yardım avtomobillərini və tibbi avadanlıqları çıxarmağa davam edir. Həmçinin Zaporojye və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindən əhalinin məcburi evakuasiyası gedir.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri rusların Skadovskdakı Qoloi Pristan xəstəxanalarından təcili yardım maşınlarını və avadanlıqları oğurlamağa və aparmağa davam etdiyini müəyyən edib.
“Zaporojye vilayətinin Bolşaya Znamenka qəsəbəsindən Xerson vilayətinin Novaya Kaxovkaya qədər Dnepr çayının sol sahilində yerləşən yaşayış məntəqələrinin sakinləri məcburi evakuasiyaya məruz qalırlar”, - məlumatda deyilir.