3 Noyabr 2022 11:18
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Orduda hərbi xidmətin iki ilədək artırılması hərbi kadrların keyfiyyətcə hazırlanmasına imkan verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet bildirib.

“Hazırkı format əsgərin yüksək keyfiyyətli hazırlığını nəzərdə tutmur. İl ərzində məşq etmək, hazırlamaq çox çətin və problemlidir. Ancaq iki il ən yaxşı seçimdir. Bu, ordumuzun döyüş hazırlığını artırmaq üçün ən qısa zamanda həyata keçirilməli olan vaxtında və zəruri tədbirdir”, - deyə Şeremet bildirib.

O, həmçinin etiraf edib ki, hərbi xidmət müddətinin artırılması məsələsi Dövlət Dumasının deputatlarına baxılmaq üçün təqdim oluna bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər