3 Noyabr 2022 13:52
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Türkiyə və Yunanıstan arasında müxtəlif mövzularda xeyli gərginlik artıb. Hər fürsətdə Türkiyəni Avropa və ABŞ-a şikayət edən Yunanıstan bu dəfə mediada Almaniyanın mövqeyini gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, Almaniyanın keçmiş vitse-kansleri Yoska Fişer baş verənlər haqda yunan jurnalistlərə danışıb.

Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi dəyərləndirən Fişer Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu diplomatic gedişlərinə diqqət çəkib və belə bir etirafı da dilə gətirib:

“Bizə Qərb diplomatiyasında Ərdoğan lazımdır. Türkiyə ilə münasibətlərimiz mürəkkəbdir. Biz istəsək də, istəməsək də Türkiyə orada olacaq”.

Fişer həmçinin Şərqi Aralıq dənizində gərginliyin azaldılmasına çağırıb:

“Gərginliyi azaltmalı və amerikalı dostlarımızla Avropa üçün əlimizdən gələni etməliyik. Bura həssas və strateji bölgədir. Yunanıstanın dərdini anlayıram, amma gərginliyi azaltmalıyıq”.

Rusiya-Ukrayna müharibəsindən də danışan Fişer bu mövzuda Kiyevi dəstəklədiklərini bildirib. Siyasətçi Ukrayna üçün sülh razılaşmasının vacib olduğunu deyib.

Eyni zamanda, Fişere görə, NATO və Avropa İttifaqı (Aİ) sərhədində daimi təhlükə “soyuq müharibə” demək olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər