İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yaraqlılarının dəhşətinə daha biri əlavə olunub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə yayılan görüntülərdə İŞİD döyüşçülərinin iraqlı gənci yaşadığı mənzilin damından atdığı əks olunub.
Belə ki, terrorçular gənci homoseksuallıqda günahlandırıb və bu cür cəzalandırıblar.
Qan donduran görüntülərin harada çəkildiyi dəqiq bəlli deyil. Teleqraf.com iraqlı gəncin fotolarını təqdim edir.
Samir