4 Noyabr 2022 11:28
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir siyasətdən uzaq olan Türkiyənin keçmiş baş naziri və Doğru Yol Partiyasının (DYP) lideri Tansu Çillərlə bağlı iddia ölkəsinin gündəminə bomba kimi düşüb.

Teleqraf.com xəbər verir ki, “Mənə ehtiyac olarsa, siyasətə qayıdacam” deyən Tansu Çillər yenidən siyasət səhnəsinə qayıdır.

Kiçik partiyalardan istədiyi cavabı ala bilməyən sabiq baş nazirin DYP-nin keçmiş təşkilat sədri Halil İbrahim Şahinlərlə yeni partiya qurduğu iddia edilib.

Çillər üçün qurulduğu iddia edilən yeni partiyanın adının Sağ Mərkəz Partiyası (MSP) olduğu bildirilir. Çillərin yeni partiya quruculuğunu tamamladığı, hətta “Anıtkabir”i ziyarət etdiyi də deyilir.

Sağ Mərkəz Partiyasının təsis ərizəsinin Daxili İşlər Nazirliyinə nə vaxt təqdim ediləcəyi maraq doğurur.

Tansu Çillərin yeni partiyasının emblemi:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər