Ukrayna Silahlı Qüvvələri altı yaşayış məntəqəsi ərazisində Rusiya işğalçılarının hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri gün ərzində rusların komanda məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 4 mövqeyini, sursat anbarını, radioelektron kəşfiyyat stansiyasını və digər mühüm hərbi obyektlərini vurub.
Sutka ərzində Ukrayna ordusunun bölmələri Donetsk vilayətinin Verxnokamyansk, Spirne, Marinka, Novomixailovka, Vodyane və Pavlivka yaşayış məntəqələri ərazilərində rus işğalçılarının hücumlarını dəf edib.
Bundan başqa, Donetskdə İranın 3 ədəd “Şahid-136” pilotsuz uçan aparatı vurularaq sıradan çıxarılıb.
Rusiya qüvvələri gün ərzində Ukrayna ərazisinə 4 raket və 28 hava zərbəsi endirib. Zaporoje, Dnepropetrovsk, Donetsk, Xerson və digər vilayətlərin 30-a yaxın yaşayış məntəqəsi zərər çəkib.
Ruslar Volın, Novopavlovsk, Poliske, Siverski və Baxmut istiqamətlərində də yaşayış məntəqələri ruslar tərəfindən atəşə tutulub.
Baş Qərargah həmçinin Kupyansk və Liman istiqamətlərində rus işğalçılarının Myasojarivka, Zvanivka, Rozdolivka, Siversk, Verxnokamyansk, Serebryanka, Novoyexorivka və Yampolivka yaşayış məntəqələri ərazilərində tank və müxtəlif çaplı artilleriya ilə hücuma keçdiyini bildirib.