Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İndoneziyada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə liderinin özü açıqlama verib.
“İnkişaf etməmiş ölkələrə mütləq dəstək olmalıyıq. Putin də mənə dedi ki, bu taxılı bu ölkələrə pulsuz göndərək. İkimiz də razılaşdıq. Bunu G20-nin sammitində geniş şəkildə müzakirə etməliyik. Bununla bağlı razılaşdıq. Bu, atmalı olduğumuz addımdır, bunu etməliyik. Bu ayın 13-14-də Balidə görüşəcəyik və orada da bu haqda danışacağıq. Avropanı bağ, dünyanın qalan hissəsini yabanı ot kimi qəbul edən zehniyyətin bu cür davranmasına təəccüblənmirik, amma qəbul da etmirik”, - Ərdoğan bildirib.