Rusiya Prezidenti Vladimir Putin bölgədəki şiddətli qarşıdurmalara görə Xersondakı mülki əhalinin təxliyə edilməli olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri Xersonda vəziyyəti təhlükəli sayıb.
“Xersonda insanlar təhlükəli aksiyalardan uzaqlaşdırılmalı, mülki əhali əziyyət çəkməməlidir”, - Putin açıqlamasında bildirib.
Qismən səfərbərliyə münasibət bildirən Rusiya lideri indiyədək 318 min nəfərin səfərbər olunduğunu açıqlayıb.