Çinin 10 mərtəbəli bina hündürlüyündə olan 23 tonluq nəhəng raketi atmosferə daxil olduqdan qısa müddət sonra Sakit okeana düşüb.
Teleqraf.com xəbər verir ki, ABŞ Kosmik Komandanlığı raketin Sakit okeanın 101,9 dərəcə qərb və 9,9 dərəcə şimal koordinatlarına düşdüyünü açıqlayıb.
Üç ildən az müddətdə beşinci dəfədir ki, Çinin kosmik gəmisi yerə çırpılır. Bunlardan ən diqqət çəkəni 8 may 2021-ci ildə baş verib. 18 tonluq raket Hind okeanına düşüb.