Britaniyalı siyasətçi, vəkil Simon Dançukun həyat yoldaşı bir müddətdir sosial şəbəkələrdə paylaşdığı selfiləriylə gündəmə gəlib.
Teleqraf.com Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sinə dekoltesi ilə çəkdirib paylaşdığı fotoqraflara görə müzakirə olunan Karen indi də onları eBay vasitəsilə satışa çıxarıb.
Parlamentin üzvü olan Simon ailəsinə qarşı olan tənqidləri vecinə almır. Həyat yoldaşı Karen də bu məsələdə çox rahat olduğunu bildirib:
"Hesab edirəm ki, məndə yaxşı ticarətçi ağlı var, bu işin tutarlı olacağına inanıram. Əslində əvvəlcə geyimlərimi satmaq istəmişdim, ancaq imzalı fotolarımı istəyən o qədər istək mesajları aldım ki, nəhayət, onları da satmaq qərarına gəldim".
Gənc qadın ilk 24 saatda 400-dən çox foto satıldığını bildirib:
"Bütün fotolarımı bir-bir imzalayıb, üstünə istifadə etdiyim parfümdən vurub sifariş edənlərə yollayıram".
Vəkil Simon Dançuk da "həyat yoldaşımın ağlı və gözəlliyi ilə qürur duyuram" deyərək münasibətini bildirib.
Mühafizəkarlar Partiyasından olan Luis Menş isə onları "Parlamentin üz qarası" adlandırır. Onun fikrincə, Karen Dançukun bu hərəkətləri siyasəti ucuzlaşdırır.
Rüstəm