5 Noyabr 2022 16:55
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Çihuahua ştatında silahlı hücumlar nəticəsində 5 nəfər ölüb.

Teleqraf.com Meksika mətbuatına istinadən bildirir ki, Çihuahua əyalətinin Kuauhtemok şəhərinin müxtəlif nöqtələrinə hücumlar hələlik şəxsiyyətləri müəyyən edilməyən silahlı şəxslər tərəfindən həyata keçirilib.

Gün ərzində 5 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı hücumlardan sonra polis genişmiqyaslı əməliyyata başlayıb.

Ehtimal olunur ki, hücum qruplaşmaların qarşıdurması nəticəsində baş vermiş ola bilər. Hadisə şahidlərinin sözlərinə görə, hücum edən iki şəxs motosikletə minərək hadisə yerindən qaçıb.


Müəllif: Nemət

Oxşar xəbərlər