ABŞ və koalisiya qüvvələri İraq və Suriyadakı İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı hədəflərinə qarşı son 3 gündə 20 hava hücumu keçirib.
Teleqraf.com cnnturk.com-a istinadən xəbər verir ki, hücumlar əsasən insansız hava vasitələri ilə həyata keçirilib. Yayılan məlumatlara görə, əməliyyatlar zamanı Kobanidə İŞİD-in nəzarətində olan 8 hərbi baza məhv edilib.
Rəsmilər əməliyyatlar zamanı çoxlu sayda İŞİD terrorçusunun da öldürüldüyünü açıqlayıblar.
Samir