5 Noyabr 2022 14:08
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Xerson vilayətinin işğal etdikləri şimal-qərb ərazilərindən geri çəkilməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklərin fikrincə, rus ordusu Ukrayna qoşunlarının Dnepr çayının sağ sahilindən gözlənilməz əks-hücumundan ehtiyat etdiyi üçün geri çəkilməklə məşğuldur.

“Ruslar Ukrayna hərbi qüvvələrinin Dnepr çayının sağ sahilindən gözlənilməz hücumundan yayınmaq istəyirlər. Çox güman ki, rus qoşunları Ukrayna qüvvələrinin onları sıxışdırmasının qarşısını almaq üçün döyüşlərlə geri çəkilməli olacaqlar”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər