İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yezidi qadınlar üçün çap edirdiyi seks dərgisindəki təhdid dolu yazılar vahimə doğurur.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, dərgidə bakirə qızlarla dərhal əlaqəyə girməyin fətvasının olduğu yazılır. Yayılan məlumatlara görə, İŞİD bu dərgiləri nəzarətində olan bölgələrdə paylayıb. Kitabçada əsir qadınlarla necə davranmağın lazım olduğunu ətraflı izah edilir. Məlumatda qohum olan iki qadının da seks köləsi edilə biləcəyi, ancaq onlarla eyni anda cinsi əlaqəyə girməyin düzgün olmadığı yazılır.
Dərgi ABŞ-ın Yaxın Şərq Media Araşdırmaları fondu tərəfindən ələ keçirilərək yayımlanıb.
Samir