Pakistanın baş naziri Şahbaz Şərif sui-qəsdə məruz qalan sabiq baş nazir İmran Xanın iddialarını rədd edib.
Teleqraf.com xəbər verir ki, Şahbaz Şərif özünü, daxili işlər naziri və yüksəkçinli kəşfiyyat generalını ittiham edən İmran Xandan sübut tələb edib.
"İmran Xan hücumun arxasında mənim olduğuna dair sübut göstərsə, mənim bu kresloda oturmağa haqqım çatmaz. Sübut edərsə, istefa verəcəyəm”, - deyə bildirib.
Xatırladaq ki, sui-qəsd cəhdi nəticəsində İmran Xan ayağından yaralanıb.