Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) xaricdəki xüsusilə təhlükəli terrorçuların zərərsizləşdirilməsi istiqamətində növbəti uğurlu əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ankaradakı təhlükəsizlik mənbələrindən bildirilib.
Məlumata əsasən, MİT əməkdaşları PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin liderlərindən olan “Azad” kod adlı Qays Berho Sulayvanı məhv edib.
Sulayva 2013-cü ildə PKK-ya qoşulub, İraqın Sincar şəhərində təxribat fəaliyyəti ilə məşğul olub, daha sonra Suriyada Tall Tamirə köçüb.
Bu terrorçunun adı türk hərbçilərinə qarşı terror aktlarının araşdırılması ilə bağlı bir sıra cinayət işlərində hallanıb.