Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında müzakirə ediləcək mövzular açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq toplantıda iqtisadi məsələlər ön planda olacaq.
İclasda TBMM-ə təqdim edilməsi gözlənilən hicab tənzimləməsi ilə bağlı müxalifət partiyaları ilə təmaslar dəyərləndiriləcək.
Xarici siyasətdə gündəm İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olacaq. Lakin hər iki ölkə hələ də terrorçuların ekstradisiyası ilə bağlı heç bir addım atmayıb. Noyabrın 8-də Türkiyəyə gələcək İsveç baş nazirinin Ərdoğanla görüşü gözlənilir.
Nazirlər Kabinetində Rusiya-Ukrayna müharibəsi və taxıl böhranının aradan qaldırılması üçün aparılan işlər barədə danışılacaq.