Ukraynada xüsusi hərbi əməliyyat zonasında keşiş Mixail Vasilyev öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenoqrad yepiskopu məlumat verib .
“Strateji Raket Qoşunlarının qərargahına edilən hücum zamanı Mixail Vasilyev öldürülüb”, - məlumatda deyilir.
Rus Pravoslav Kilsəsinin nümayəndəsi qeyd edib ki, mərhum dəfələrlə döyüş yerlərinə ezamiyyətdə olub: o, 2000-ci illərin əvvəllərində Çeçenistan ərazisində, Suriyada olub, bu yaxınlarda isə xüsusi əməliyyat zonasında olub.
Keşiş rus əsgərlərə mənəvi güc vermək üçün qərargahda olub.