6 Noyabr 2022 22:45
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika hakimiyyəti Türkmənistan iqtisadiyyatına hər il təxminən 7 milyon dollar məbləğində maliyyə dəstəyi verir.

Teleqraf.com xəbər verir ki, yardım ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər tərəfdaşlar vasitəsilə həyata keçirilir.

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lou bildirib ki, Amerikalı nümayəndələr 2022-ci ilin dekabrında Mərkəzi Asiya ölkəsinə səfər edəcəklər.

“Dekabr ayında Türkmənistan-Amerika biznes şurası çərçivəsində ticarət missiyasının görüşü gözlənilir. Bu missiyaya Amerika şirkətlərinin top-menecerləri daxil olacaq, onların Türkmənistan hökuməti və ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşləri olacaq”, - Lu yekunlaşdırıb.

Noyabrın 6-da dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu ABŞ hakimiyyətinin Türkmənistana anti-Rusiya sanksiyalarından faydalanmasına kömək etmək niyyətini açıqlayıb . Onun sözlərinə görə, ilk addımlar arasında Qazaxıstandakı ən böyük Rusiya banklarının Aşqabada satılması da var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər