6 Noyabr 2022 23:29
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun yeni “Serber” ştammı sürətlə yayılmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, yeni ştamm “Omikron” variantının törəməsi hesab olunur.

“Serber” orqanizmdə sürətlə yayılır və peyvənd olunanları belə yenidən yoluxdurur.

Hazırda virus əsasən Avropada yeni epidemiya halına gəlib. Eyni zamanda ağırlaşma halları üzrə geniş miqyaslı artım müşahidə olunmur.

“Serber”in simptomları ümumi soyuqdəyməyə bənzəyir: Öskürək, burun axması, qızdırma, intoksikasiya sindromu (ağır yorğunluq, tərləmə və çəki itkisi). Nadir hallarda isə qoxu və dad itkisi müşahidə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər