Nigeriyanın cənubundakı Rivers ştatında iki etnik qrup arasında baş verən qarşıdurmada 8 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, ştatın Ahoada şəhərində Eze və Ahoada etnik qrupları arasında zorakılıq yaşanıb.
Qarşıdurmalarda 8 nəfər öldürülüb, çox sayda insan yaralanıb.
Təhlükəsizlik qüvvələri bölgəyə göndərilib və hadisə ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, ölkənin cənubundakı ştatlarda təbii sərvətləri müxtəlif qruplar arasında bölüşdürə bilmədiyi üçün zaman-zaman zorakılıqlar baş verir.