7 Noyabr 2022 13:52
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin xarici işlər naziri Billström Türkiyənin demokratiya ilə idarə olunan bir ölkə olduğunu və terror təşkilatı PKK/YPG ilə əlaqə saxlamaq üçün bir gündəmlərinin olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, İsveç mediasına danışan Billström NATO-nun Türkiyə ilə danışıqlarının əvvəlki Sosial Demokrat hökumətindən daha yaxşı getdiyini və prosesin inkişaf etdiyini bildirib.

“PKK və YPG ilə təmas şəklində bir gündəmimiz yoxdur. Bu vəziyyət Türkiyə hökuməti tərəfindən də qeyd olunur. Hazırda İsveçi idarə edən hökumətin PKK/YPG ilə hər hansı bir razılaşmaya getməsi söz mövzusu deyil”, - nazir əlavə edib.

İsveçin xarici işlər naziri Türkiyə azad seçkilər edən bir dövlət olduğunu, demokratiya meyarlarını yerinə yetirdiyini də deyib: “Məsələn, insan haqları problemi olanda çəkinmədən Türkiyə hökumətinə deyirik”.


Müəllif: Nemət

Oxşar xəbərlər