7 Noyabr 2022 11:55
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində izdiham nəticəsində azı 156 nəfərin ölümünə görə üzr istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, - dövlət başçısı bildirib.

O qeyd edib ki, ölkənin təhlükəsizlik sahəsində köklü dəyişikliklərə ehtiyacı var.

Bundan əlavə, Koreya Prezidenti günahkarların məsuliyyətə cəlb ediləcəyinə və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağına söz verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər