Ukrayna əsgərləri Rusiyanın Su-25 hücum təyyarəsini Xerson vilayəti üzərində səmada vurub.
Teleqraf.com xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, rus qırıcısı bu gün səhər saatlarında məhv edilib.
Qeyd edək ki, Su-25 “Grach” sovet hücum təyyarəsi gecə-gündüz döyüş meydanında quru qoşunlarına birbaşa dəstək, həmçinin istənilən hava şəraitində gecə-gündüz müəyyən edilmiş koordinatları olan obyektlərin məhv edilməsi üçün nəzərdə tutulur. Su-25 ilk dəfə 22 fevral 1975-ci ildə havaya qalxıb. Bu tip təyyarələr 1981-ci ildən istismardadır və bir çox hərbi münaqişələrdə iştirak edib.