7 Noyabr 2022 20:40
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsini ikinci dəfə təmin etməsindən sonra İngiltərənin “Financial Times” qəzetində dərc olunan təhlildə Rusiyanın Türkiyədən asılı vəziyyətə düşməsi və Ərdoğanın effektiv siyasətinə diqqət çəkilir.

Teleqraf.com xəbər verir ki, fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi 9-cu ayına qədəm qoyub. On minlərlə insanın öldüyü və yaralandığı dağıdıcı müharibədə Türkiyənin sülh səyləri prosesə damğasını vurub.

Türkiyə sülh danışıqlarına rəhbərlik və ev sahibliyi etdiyi halda, hər iki tərəflə məsafə saxlaya bilən yeganə ölkədir və Prezident Rəcəb Tayyib Ərdoğan tək lider olaraq ön plana çıxıb.

Qara dəniz taxıl dəhlizi sazişi Ukrayna və Rusiya limanlarında qalan taxılın dünyaya daşınması üçün Türkiyənin vasitəçiliyi ilə bağlanıb. Ukraynanın razılaşmaya zidd addımlar atması səbəbiylə taxıl razılaşma ötən həftə Rusiya tərəfindən dayandırılmışdı.

Başda Afrika olmaqla yoxsul ölkələr üçün həyati əhəmiyyət kəsb edən bu razılaşma üçün Prezident Ərdoğan bir daha hərəkətə keçib və həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı edib və müqavilə yenidən bərpa olunub.

“Financial Times” nəşri bu məqamlara diqqət çəkir.

Məqalədə analitiklər Qərbin sanksiyaları və beynəlxalq təcridin Rusiyanı Türkiyədən getdikcə daha çox asılı vəziyyətə saldığını deyirlər və Ərdoğanın roluna diqqət çəkilir.

“Ərdoğan yəqin ki, “kartın yoxdur, Vladimir, ya dəhlizi aça bilərsən, ya da daha arzuolunmaz işlər görə bilərsən” deyib. Bunun əvəzində Ərdoğanın çoxlu kartları var və bundan məharətlə istifadə edir”, -təhlildə qeyd olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər