ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırkı sədri Nensi Pelosi aralıq seçkilərində qalib gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “NBC News” telekanalı məlumat yayıb.
Pelosi San-Fransisko şəhərində əvvəlki seçki dairəsində 82 faiz səslə respublikaçı rəqibini üstələyib.
Pelosi 1987-ci ildən Nümayəndələr Palatasındadır, Konqresdəki növbəti müddətin sonunda onun 84 yaşı olacaq.
Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətinə sahib olsalar, spiker onların partiyasının nümayəndələri arasından seçiləcək.
İlkin nəticələrə görə, Respublikaçılar Pelosinin partiyasını (Demokratlar) həm Senatda, həm də Nümayəndələr Palatasında xeyli fərqlə geridə qoyur.