Qətərin Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməsinə günlər qalmış Fransada nəşr olunan “Le Canard Enchaine” qəzetinin karikaturası etiraz yaradıb.
Teleqraf.com xəbər verir ki, fransız nəşri qətərli futbolçuları “terrorçu” adlandırıb.
Karikaturada “Qətər” forması geyinən oyunçular futbol oynaya-oynaya əllərində avtomat, raket və digər silahları tutub.
Karikaturadada təsvir olunan oyunçulardan biri üzərində partlayıcı olan kəmər, ikisi isə qara maska taxıb.
Noyabrın 20-dən dekabrın 18-dək Dünya Çempionatına ev sahibliyi edən Qətər bu nüfuzlu yarışın keçirəcəyi ilk ərəb və Yaxın Şərq ölkəsi olacaq.