9 Noyabr 2022 20:26
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İraqla sərhəddə yerləşən Əlbukamal qəsəbəsində Əsəd rejimi qüvvələrinin sıralarındakı İran dəstəkli terrorçu qruplaşmaların mövqeləri döyüş təyyarələri ilə hədəfə alınıb.

Teleqraf.com xəbər verir ki, hücumun kimlər tərəfindən təşkil edildiyi məlum deyil.

Məlumata görə, İranın dəstəklədiyi terrorçu qruplaşmaların istifadə etdiyi Sekek gömrük qapısı yaxınlığına hava zərbələri endirilib.

Hücumda üç nöqtə hədəfə alınıb.

İranın dəstəklədiyi “Fatimiyyun” və “Zeynəbiyyun” kimi terrorçu qruplaşmalar Əlbukamalda naməlum döyüş təyyarələrinin hədəfinə çevrilən sərhəd bölgəsində çox fəaldır.

Fərat çayının şərqindəki Deyr əz-Zor ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatı tərəfindən işğal olunub. Şəhərin mərkəzi və digər yaşayış yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarətindədir.

Deyr əz-Zorda ABŞ və İran tərəfindən dəstəklənən terror qruplaşmalarının mövcud olduğu bölgələr son zamanlar tez-tez hədəfə alınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər