9 Noyabr 2022 21:44
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbdən olan tərəfdaşları Ukraynanı Rusiya ilə danışıqlara razı salmağa çalışmırlar, amma Avropanın təhlükəsizliyi üçün bir yolun tapılmasının vacibliyini dilə gətirirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna Pravda” qəzeti diplomatik mənbələrə istinadən yazır.

“Onlar (Ukraynanın tərəfdaşları – red.) danışıqlara meylli deyillər, amma deyirlər ki, avropalıların daha dinc yaşamaları üçün ruslarla dil tapmaq lazımdır”, - qəzetin mənbələri deyirlər.

Qərbdən olan mənbələr Avropanın sabitliyi və təhlükəsizliyi üçün Rusiyaya qarşı sərt addımlardan çəkinməyin vacibliyinə də diqqət çəkirlər.

Nəşrin bəzi diplomatik mənbələri Qərb tərəfdaşlarının Ukraynaya təzyiq göstərdiyi iddiasını inkar edir, amma Kiyevi Rusiya ilə danışıqlar masasına oturmağa çağırırlar.

“Əslində ciddi heç nə baş vermir. Müzakirələrə doğru necə irəliləmək barədə qeyri-müəyyən söhbətlər gedir”, - qəzet qeyd edir.

Nəşr vurğulayır ki, hazırda Rusiya ilə mümkün danışıqlar üçün heç bir hazırlıq yoxdur.

“The Wall Street Journal” isə yazır ki, ABŞ prezidentinin müşaviri Ceyk Sallivan son aylarda Kremlin rəsmi nümayəndələri Yuri Uşakov və Nikolay Patruşevlə qeyri-rəsmi danışıqlar aparır və bu danışıqlar zamanı Vaşinqton Moskvanı nüvə silahından istifadəyə qarşı xəbərdar edir.

Ağ Evdən o da bildirilib ki, Rusiya ilə riskləri ən yüksək səviyyədə azaltmaq barədə danışmaq hüququnu özlərində saxlayırlar.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Sallivanla telefon danışığından sonra Amerika mətbuatında Vaşinqtonun Kiyevdən danışıqlara açıqlıq nümayiş etdirməsini xahiş etdiyi barədə məlumat yayılıb. Eyni zamanda, Ağ Evdən dəfələrlə deyilib ki, Ukrayna Moskva ilə danışıqlar masası arxasında nə vaxt oturacağına özü qərar verəcək.

İtaliyanın “Republica” qəzeti yazır ki, ABŞ Xerson işğaldan azad edildikdən sonra Rusiya ilə danışıqlar perspektivini görür. Öz növbəsində, Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, cənub ərazilərinin azad edilməsi danışıqlarda mövqelərin gücləndirilməsi üçün bonus olacaq, amma bütün variantlarda söhbət rus qoşunlarının tamamilə çıxarılmasından gedəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər