9 Noyabr 2022 22:43
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Avropa İttifaqının rusiyalı oliqarx Əlişir Usmanov və onun bacısı Gülbaxor İsmayılovaya qarşı sanksiyalarının ləğvi üçün lobbiçilik edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.

Nəşr qeyd edir ki, Özbəkistan hökuməti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ötən ay Daşkəndə səfərindən yararlanmağa çalışıb.

“Özbəkistan hökumətinin hərəkətlərini şərh edə bilmərik, amma sanksiyalar investisiya və xeyriyyə layihələrinə mane olur”, - oliqarxın mətbuat katibi bildirib.

Özbəkistan Xarici İşlər Nazirliyi Daşkəndin Usmanova qarşı sanksiyaları ləğv etmək səylərinə açıqlama verməyib.

FT Daşkəndin niyə sanksiyaların ləğvində maraqlı olduğunu öyrənməyə çalışıb. Usmanov Özbəkistanda anadan olub və orada böyük kapitala malikdir. Ölkə rəsmiləri hesab edirlər ki, Aİ-nin aktivlərinin dondurulmasını ehtiva edən sanksiyaları oliqarxın Özbəkistanın inkişafına investisiya yatırmaq imkanlarını azaldır.

Usmanov Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalan ilk rus oliqarxlarından biri olub. Martın əvvəlində onun İtaliyadakı malikanəsi müsadirə edilib.

Gülbəxor İsmayılovaya isə aprelin ortalarında Almaniyada sanksiya tətbiq olunub. Almaniya hökuməti Usmanovun bacısının dəbdəbəli yaxtasını saxlayıb.

Alman hüquq-mühafizə orqanlarının əməkdaşları oliqarxın evində və yaxtasında da axtarış aparıblar. Bu çərçivədə milyarderə məxsus onlarla bahalı tablonun müsadirə edilərək götürüldüyü bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər