İrlandiya parlamentinin alt qanadı Fələstinin tanınması ilə bağlı düzəlişi qəbul edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, parlamentin sol qanadındakı Sinin Fein siyasi partiyasının təklifi ilə yekdilliklə qəbul edilən düzəlişdə 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin tanınmasının lazım olduğu çağırışı edilib.
Bununla bağlı İrlandiya xarici işlər naziri Çarli Flanagan açıqlama verib. Onun sözlərinə görə, hökumətinin Fələstini tanımağı Yaxın Şərq sülh danışıqlarının yenidən başlamasına yardımçı olacaq.
Qeyd edək ki, bundan sonra qərar təsdiqlənmək üçün hökumətə təqdim ediləcək. Bu günədək İngiltərə, Fransa və İspaniya kimi ölkələrin parlamentlərində analoji düzəlişlər qəbul edilib, İsveç hökuməti isə Fələstin dövlətini tanıyıb.
Samir