Yaponiya və ABŞ “Keen Sword” genişmiqyaslı hərbi təlimlərə başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu il təşkil edilən təlimlərə təqribən 26 min yapon və 10 min ABŞ hərbçisi cəlb olunub.
“Keen Sword” təlimləri Yaponiyanın müdafiəsi və regionda sabitlik üçün zəruri olan hərbi-hava, dəniz və amfibiya bacarıqlarını yoxlamağa imkan yaradacaq.