Rus ordusu Xersondan əhalinin təxliyəsini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
“Xerson şəhərindən əhalinin evakuasiyası dayandırılıb. Artıq insanlara maaş və sosial müavinətlər də verilmir”, - məlumatda deyilib.
Baş Qərargah həmçinin qeyd edib ki, Krımın müvəqqəti işğal olunmuş ərazisində, Cankoy şəhərində işğalçılar mülki xəstəxananı hərbi xəstəxanaya köçürüblər, hazırda orada 800-ə qədər yaralı işğalçı yerləşir.
Qeyd edilir ki, noyabrın 9-da Ukraynadakı Rusiya işğalçı qüvvələrinin komandanı Sergey Surovikin ordusunun Xerson vilayətinin sağ sahilini tərk etdiyini bildirib. Buna görə bölgə mərkəzi olan Xerson şəhərini də rus işğalçıları tərk edəcək.
Xerson Vilayət Hərbi Administrasiyasının sədri Yaroslav Yanuşeviç bölgə sakinlərini Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri ilə bağlı məlumatları açıqlamamağa çağırıb.