İndoneziyada keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Cakartadakı səfirliyinin mətbuat attaşesi Aleksandr Tumaykin bildirib.
Diplomat qeyd edib ki, Vladimir Putinin iştirak formatı üzərində iş gedir: "Mümkündür ki, o, sammitdə videokonfrans formatında iştirak etsin".
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiyanın G20 sammitində iştirakı ilə bağlı müxtəlif formatlar müzakirə olunur, yaxın günlərdə qərar veriləcək.