“Rusiyanın Dnepr çayının qərb sahilindən qoşunlarını çıxarmaq qərarı Moskvanın ordusu ilə real problemlərinin olduğunu göstərir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, Rusiyanın ABŞ Konqresinə seçkilərdən sonra qoşunların çıxarılmasını elan etməsi maraqlıdır.
“Bu, onların Rusiya ordusu ilə real problemlərinin olduğunu sübut edir”, - Amerika lideri vurğulayıb.
Dünən Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı”nın komandanı Sergey Surovikinin Xerson vilayətini “Dnepr çayının sol sahilindən qorumaq” təklifinə razılıq verib. Beləliklə, rus ordusunun işğal edilmiş Xerson vilayətindən çıxarılmasına başlanılıb.
Xatırladaq ki, Xerson Dnepr çayının sağ sahilində yerləşir.