Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin başlamasından sonra Böyük Britaniya bu ölkənin ümumi dəyəri 18.39 milyard funt-sterlinq (20.95 milyard dollar) olan aktivlərini dondurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyaları Xidmətinin yaydığı hesabatda deyilir.
Eyni zamanda, sənəddə qeyd edilir ki, 2021-ci ilin sentyabrına olan məlumata görə, dondurulmuş Rusiya aktivlərinin həcmi ümumilikdə 44.5 milyard funt-sterlinq (50.7 milyard dollar) həcmində qiymətləndirilir. Britaniyanın digər dövlətlərə qarşı sanksiya rejimi altında dondurulmuş ümumi aktivlərinin həcmi cəmi 12.4 milyard funt-sterlinq və ya 14.13 milyard dollardır.
2022-ci ildə Britaniyanın sanksiya məhdudiyyətləri Rusiyanın 1.2 min fiziki və hüquqi şəxsinə qarşı tətbiq edilib.