10 Noyabr 2022 20:56
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin İrəvana səfər edə bilər, istəyirsə getsin. Əslində onun səfər edəsi yerlər o qədər də çox deyil. Odur ki, burada problem görmürəm. Öz işləridir. Amma mən tələsməməyi vacib sayardım”.

Bunu Teleqraf.com-a deputat Rasim Musabəyov Rusiya Prezidenti Vladimir Putinin bir neçə gün sonra İrəvana səfər etməsi haqda danışarkən deyib.

Musabəyov qeyd edib ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısı keçiriləcək və Putin də bu tədbirdə iştirak üçün ora gedəcək:

“Həllik Putinin İrəvana gedib-getməyəcəyi məlum deyil. Həm də getməsi nəyi dəyişir?..”.

Deputat əlavə edib ki, Vladimir Putinin İrəvana gedib baş nazir Nikol Paşinyana dəstək verməsi ağlabatan deyil:

“Onun Paşinyandan zəhləsi gedir. Erməni xalqı da görür ki, ruslar bir söz deyir, amma əmələ gələndə başqa addım atırlar. Həm də nəzərə almaq lazımdır ki, indi rus ordusu Xerson şəhərini tərk edir. Eyni zamanda Rusiya dünyadan təcrid edilir. Düşünürsünüz ki, bütün bunları ermənilər görmür?.. Ancaq bütün bunlara baxmayaraq bütün hallarda Ermənistanın ruslara ehtiyacı var. Məsələn, Ermənistan hazırda qazı min dollara deyil, 150 dollara alır. Eləcə də hərbi baxımdan gücləri yoxdur ki, Azərbaycanın qarşısında dursunlar, ona görə Rusiyaya arxalanırlar. Amma bunun da heç bir mənası olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər