Özbəkistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Ərdoğan Mirziyoyevin dəvəti ilə “Türk Sivilizasiyasının Yeni Dövrü: Ortaq İnkişaf və Rifaha doğru” mövzusu ilə təşkil edilən Türk Dövlət Təşkilatlarının 9-cu Zirvə Toplantısında iştirak edəcək.
Sammitdə təşkilatın 20 illik yol xəritəsi ilə bağlı mühüm qərarlar qəbul ediləcək və sədrlik Türkiyədən Özbəkistana keçəcək.