11 Noyabr 2022 10:51
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə təşəbbüs Ukrayna Silahlı Qüvvələrinin əlinə keçib. Ukrayna döyüşçüləri Xerson vilayətində böyük qələbəni təmin etmək prosesindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun ( ISW) analitikləri bildirir.

Analitiklərin fikrincə, bu, Ukrayna Silahlı Qüvvələrinin Rusiya işğalçıları üzərində son qələbəsi olmayacaq.

“Ukrayna təşəbbüsü davam etdirir və Xersonda böyük qələbəni təmin etmək prosesindədir. Atəşkəs Kremlə qüvvələri bərpa etmək üçün çox ehtiyac duyduğu fasilə verəcək. Xerson bölgəsində böyük qələbə Ukrayna üçün sonuncu olmayacaq”,- ekspertlər bildirib.

ISW qeyd edir ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Xersonun şimal-qərbində, qərbində və şimal-şərqində uğur qazanıb, bəzi ərazilərdə 7 kilometrə qədər irəliləyib. Rus işğalçıları mütəşəkkil şəkildə geri çəkilir və Ukrayna hərbçiləri Xarkov əks-hücumunda olduğu kimi Rusiya qüvvələrini məğlub etmədən uğur qazanırlar.

Analitiklərin fikrincə, rus qoşunlarının geri çəkilməsi yaxın günlərdə və ya həftələrdə Dnepr çayına qədər olan Xerson bölgəsini azad etməyə imkan verəcək:

“Rusiya qoşunlarının çıxarılması bir qədər vaxt aparacaq və döyüşlər bütün Xerson vilayətində davam edəcək, çünki Ukrayna qoşunları irəliləyərək, xüsusilə Xerson şəhəri ətrafında əvvəlcədən hazırlanan Rusiya müdafiə xətti ilə üz-üzə olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər